Böyük Britaniya kralına xərçəng diaqnozu qoyuldu

Böyük Britaniya kralına xərçəng diaqnozu qoyuldu
Britaniya kralı III Çarlz keçən həftə prostat vəzi əməliyyatı zamanı diaqnoz qoyulan xərçəng xəstəliyinin müalicəsinə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bukingem Sarayının yaydığı bəyanatda deyilir.
“Kralın bu yaxınlarda prostat vəzinin xoşxassəli böyüməsi ilə əlaqədar tibbi prosedur üçün xəstəxanaya yerləşdirilməsi zamanı daha bir narahatlıq səbəbi müəyyən edildi. Sonrakı diaqnostik prosedurlar xərçəngin bir formasının olduğunu təsdiqlədi”, - məlumatda deyilir.
Bildirilir ki, müalicə müddətində həkimlər 75 yaşlı monarxa ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...