Mətbuat Şurası: “Saat 12:00-dək media nümayəndələrindən şikayət daxil olmayıb”

Mətbuat Şurası: “Saat 12:00-dək media nümayəndələrindən şikayət daxil olmayıb”
Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.


Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.

Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın idarə heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ idarə heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail seçki dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi birinci seçki dairəsinin 16 saylı məntəqəsində, Şuranın nəzarət-təftiş komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.

Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın idarə heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...