Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı ilə bağlı açıqlama

Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, tanınmış bloger Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanıldığını bəyan edib. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilməsinin əsas gətirildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məsələyə münasibət bildirib.
“Sputnik Ermənistan”ın müvafiq sorğusuna cavab olaraq Ermənistan Baş Prokurorluğundan bildirilib ki, onlarda belə bir məlumat yoxdur.
Qeyd edək ki, artıq Xarici İşlər Nazirliyi də açıqlama verib və məsələnin Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altında olduğu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...