İspaniyada ata boşandığına görə övladlarını zəhərləyib

İspaniyada ata boşandığına görə övladlarını zəhərləyib
İspaniyanın Almeriya şəhərinin sakini boşandıqdan sonra övladlarından ayrılmaqla barışa bilməyib və qızlarına zəhər verib.

Qeyd olunub ki, ata boşandıqdan sonra qızları ilə vaxt keçirib, iki və dörd yaşlı qızlarını həftə sonu özü ilə aparıb. Bir gün sonra isə o, uşaqları analarına qaytarmayıb və 23 yaşlı qadın polisə müraciət edib.

Polis əməkdaşları həmin şəxsi vanna otağında tapıblar. Müstəntiqlər onun əvvəlcə uşaqlara zəhər verib öldürdüyünü, sonra isə naməlum maddə qəbul etdiyini təxmin ediblər. Onların həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Mirror



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...