Qorxulu yuxulardan qurtulmağın sadə yolu tapıldı

Qorxulu yuxulardan qurtulmağın sadə yolu tapıldı
Texas Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər gün bir saat fiziki fəaliyyətlə məşğul olmaq yuxu keyfiyyətini yaxşılaşdırır və qorxulu yuxular görmə ehtimalını azaldır.

Tədqiqatçılar 82 iştirakçıya fiziki aktivliyi, yuxu keyfiyyətini və müddətini izləmək üçün biləklərinə xüsusi smart saatlar taxmağı tapşırıblar. Alimlər müxtəlif səviyyəli hərəkətliliyin qorxulu yuxuların tezliyinə necə təsir etdiyini öyrənməyə çalışıblar.

Qeyd olunub ki, iştirakçılar üçün müşahidə müddəti altı aya yaxın davam edib. İştirakçıların ağıllı saatlarından toplanan məlumatları təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, gündəlik bir saatlıq fiziki fəaliyyət yuxu keyfiyyətinin yaxşılaşması və xoşagəlməz, qorxulu yuxuların tezliyinin azalması ilə nəticələnir.

Mənbə: gazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...