Elektron siqaretdən istifadə edən gənclərin DİQQƏTİNƏ

Elektron siqaretdən istifadə edən gənclərin
Nebraska Universitetinin alimləri elektron siqaretin gənclərə təsirini araşdırıblar.

Tədqiqat gündə ən azı 8 dəfə elektron siqaret istifadə etdiyini bildirən 13-17 yaş arası gəncləri əhatə edib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, müntəzəm olaraq elektron siqaret çəkən gənclərin sidiklərində ara-sıra siqaret çəkənlərə nisbətən 30 faiz çox qurğuşun və iki dəfə çox uran olur.

Qeyd edək ki, uran biomarkerləri xüsusilə mentol və ya nanə əvəzinə şirin vape ləzzətlərinə üstünlük verən gənclər arasında yüksəkdir.

İctimai sağlamlıq nöqteyi-nəzərindən tədqiqatçılar elektron siqaretlərin potensial toksikliyi ilə bağlı daha çox araşdırma aparmağı müdafiə edirlər. (News24.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...