Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi

Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi
Gəncə Apellyasiya Məhkəməsində “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Osman Nərimanoğlu 2022-ci ildə həbs edilmişdi. İttihama görə, Nərimanoğlu Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərov və daha 4 nəfər barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələb etdiyinə görə tutulmuşdu.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...