Meymunlarla birlikdə yaşayan Elli artıq məktəbə gedir – Fotolar

Meymunlarla birlikdə yaşayan Elli artıq məktəbə gedir –
1999-cu ildə Ruandada anadan olan Elli Zanziman görünüşünə görə kənd camaatı tərəfindən qəbul olunmayıb.
Yeniavaz.com xəbər verir ki, İnsanların təzyiqi və zorakılığına dözə bilməyən Elli bir gün evdən qaçaraq meşəyə sığınıb. Orada vəhşi heyvanlarla birgə yaşamağa, ov etməyə və vəhşi mühitə uyğunlaşmağa başlayıb.
Zamanla insani davranışlardan uzaqlaşan Elli tamamilə fərqli bir həyata alışıb. Lakin onun həyatı Afrimax TV adlı sənədli film qrupunun Ruandaya gəlməsi ilə dəyişib. Elli haqda eşidən çəkiliş qrupu onu tapmaq üçün meşədə axtarış aparıblar. Nəhayət, meymunlarla birlikdə gəzərkən onu tapıblar. İlk vaxtlar Elli insanlarla təmasdan qorxub və ünsiyyət qurmaq istəməyib, amma zamanla çəkiliş qrupuna alışıb.
Film qrupunun təşəbbüsü ilə Zanziman üçün bir yardım kampaniyası başladılıb. Dünyanın müxtəlif yerlərindən toplanan ianələr hesabına Elli və anası üçün yeni bir ev tikilib. Elli Ubumve İcma Mərkəzinə yerləşdirilib və təhsilə başlayıb.
Çəkilən son görüntülərdə o, məktəbli formasında, anası ilə birlikdə evində rahat və xoşbəxt görünür. Onu tanıyanlar bu dəyişimi “möcüzə” adlandırır. Elli indi sosial həyata uyğunlaşıb, təhsil alır və gələcəyə ümidlə baxır.
Anası belə deyir: “Onu çox ələ salırdılar. Özümü çox aciz hiss edirdim. Amma indi oğlumun yaxşı həyatı var. Bizə kömək edənlər sayəsində yeni həyata başladıq”.
Səlahiyyətlilər bildirirlər ki, Elli üçün yaradılan şərait Ruanda üçün olduqca yüksək səviyyədədir. Yeni evdə televizor, yataq otağı və qida təminatı var. Elli artıq öz ayaqları üstündə durmaq üçün ilk addımlarını atır.


Meymunlarla birlikdə yaşayan Elli artıq məktəbə gedir –
Meymunlarla birlikdə yaşayan Elli artıq məktəbə gedir –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...