“WhatsApp” pul köçürmələri funksiyasını yerinə yetirəcək

“WhatsApp” pul köçürmələri funksiyasını yerinə yetirəcək


“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər. Gundeminfo.az Azərtac-a istinadən xəbər verir ki, sözügedən funksiya “WhatsApp” messencerinin “Android” üçün son beta-versiyasında aşkar edilib. Bundan əvvəl messencerin həmtəsisçisi bildirmişdi ki, şirkət ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.

Tezliklə əlavə ediləcək “Payments” funksiyası istifadəçilərə birbaşa messencerdə pul göndərməyə və qəbul etməyə imkan verəcək. Köçürmələr banklararası ödəmə sistemi olan “UPI” vasitəsilə həyata keçiriləcək. Yeni funksiyanın hansı ölkələrdə işləyəcəyi və köçürmələr üçün komissiya tutulacağı hələ məlum deyil.

Cari ilin fevralında Hindistanda olmuş messencerin həmtəsisçisi Brayan Ekton kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə etiraf edib ki, onun şirkəti ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...