“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

Çinin "Lenovo Group" şirkətinə məxsus olan ABŞ-ın "Motorola Mobility" ka şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib.

AZƏRTAC ABŞ-ın "SlashGear" internet portalına istinadən bildirir ki, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər.

Jurnalistlər şirkət tərəfindən ixtira üçün alınmış patentin surətini ələ keçirməyə nail olublar. Yeni smartfon ekrandakı zədələnmənin xarakterini (kiçik çat və cızıq) özü müəyyənləşdirərək bu barədə istifadəçini xəbərdar edəcək.

Şüşənin özünü bərpa etmə prosesi istifadəçinin komandası üzrə işə düşür. Smartfonun yaddaşında ekranın ilkin forması haqda informasiya saxlanılır. Aparata qurulmuş istilik elementi ekranda göstərilmiş sahəni isidir və zədələri bərpa edir. Lakin yeni texnologiya bütün zədələri (məsələn, tamamilə sınmış ekran) aradan qaldıra bilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...