Silah anbarında partlayışda yaralananlardan sonuncusu evə buraxılıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışda yaralananlardan sonuncusu da evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün baş verən hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılıb.
Daha sonra isə xəstəxanadakı sonuncu yaralı da buraxılıb.
Qeyd edək ki, avqustun 27-də səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
905 dəfə oxundu