Şöbə müdiri: "Ali məktəblərin reytinqini hazırlamaq mümkün olmadı"

Şöbə müdiri: "Ali məktəblərin reytinqini hazırlamaq mümkün olmadı"

“Bu ilin yay aylarında Təhsil İnstitutu Azərbaycan ali təhsil müəssisələrinin reytinqini hazırlamağa cəhd göstərib. Lakin sonda bu reytinqi hazırlaya bilmədik. Çünki əlimizdə olan mövcud məlumatlarla ali məktəblərin reytinqini dünya təcrübəsinə uyğun hazırlamaq çətindir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsinin yekun konfransında çıxışı zamanı deyib.

E. Əmrullayev bildirib ki, bu gün Azərbaycanda nəzərə alınan məlumatlar - qəbulda orta bal, hansı ixtisasa neçə balla qəbulun aparılması, tələbələrin qiyməti və s. məsələlər digər ölkələrdə yoxdur.Onun fikrincə, Azərbaycan universitetlərinin beynəlmiləlləşməsi və digər universitetlərlə müqayisəli təhlilini aparmaq üçün keyfiyyətin başqa amilləri haqqında düşünmək lazımdır.

Nazirlik rəsmisi ali təhsil sahəsində mövcud olan digər mühüm məsələnin məzunların işlə təminatı olduğunu söyləyib: “Aparılan tədqiqatlar göstərib ki, bir neçə il öncə müəllim ixtisası üzrə ali məktəbi bitirən məzunların 43%-i daimi əmək müqaviləsi ilə işləyir. Bu göstəricinin 60%-ə çatması çox vacibdir. Qeyd etmək olar ki, bu göstəricinin qəbul balı ilə əlaqəsi yoxdur. Yəni tələbələrin ali təhsil müəssisələrinə daha yüksək balla qəbul olmasının 4 ildən sonra hansısa işlə təmin edilməsi ilə əlaqəsi yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1130 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...