Nobel Fondu: "Myanma nazirinin Nobel Sülh Mükafatı ləğv edilməyəcək"
Nobel Sülh Mükafatı Komitəsi Myanmanın xarici işlər naziri və ölkənin dövlət müşaviri Aung San Suu Çi-nin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatını geri almayacağını bildirib. Gundeminfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə komitənin sözçüsü Olav Njolstad məlumat verib.
Belə ki, Myanma ordusunun Arakan ştatında yaşayan dinc müsəlmanlara silahlı hücumlarından sonra Suu Çi-yə verilən Nobel Sülh Mükafatının geri alınması ilə bağlı reaksiyalar mövcud idi. Hətta bu istiqamətdə imza kampaniyası başladıldı və 300 mindən çox adam iştirak etdi. Bu səbəbdən O.Njolstad komitə adından açıqlama verib:
""Nobel Fondu" nizamnaməsinə görə, Suu Çi-yə verilən Nobel Sülh Mükafatını ləğv etmək mümkün deyil. Nobel Komitəsi şəxslərin işlərini qiymətləndirəndən sonra onlara mükafat təqdim edir. Əvvəllər mükafat qazananların sonrakı fəaliyyətləri ilə əlaqədar şərh vermək bizim işimiz deyil".
Qeyd edək ki, Suu Çi 1991-ci ildə Myanma hərbi diktatorluğuna qarşı dinc mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
999 dəfə oxundu