İngiltərənin məşhur nəşri "Qarabağ"dan yazdı - "Biz ölməkdən qorxmurduq"

İngiltərənin məşhur nəşri "Qarabağ"dan yazdı -

Məşhur "Teleqraf" nəşri bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" klubu haqqında yazı hazırlayıb.
GUNDEMİNFO.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, yazıda Azərbaycanın işğal olunmuş ərazilərindən və klubun "qaçqın" statusu daşımasından danışılıb.

""Qarabağ" işğal edilmiş əraziləri təmsil edir. Bu komandanın tarixi stadionu "İmarət" olub. Amma illərdir onlar Bakıda oynayırlar. Erməni işğalı nəticəsində bu klub didərgin düşüb. Komanda Azərbaycan çempionatında mübarizə aparır. Onlar son 4 mövsümü qalib kimi başa vurublar".

Daha sonra Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib: "Bu klub Azərbaycan azarkeşləri üçün hər şeydir. Çünki işğal olunmuş torpaqları təmsil edir. Biz də bu həqiqətləri dünyaya çatdırmağa çalışırıq".

Komandanın sabiq hücumçusu Müşviq Hüseynov da fikirlərini bildirib: "Biz heç zaman inanmırdıq ki, bu davam edəcək. Çünki müharibə zamanı həyatımız risk altında idi. Toplanışlar və məşqlər zamanı stadiona mərmi düşürdü. Həmin dövlrlərdə insanlar daha cəlbedici futbol tələb edirdi. Biz 10 min nəfərlik stadionda 15 min azarkeş görürdük. Müharibə zamanı isə "Qarabağ" hadisəyə çevrildi".

"Qarabağ"ın Ağdamdakı son mövsümdəki kapitanı Şahid Həsənov danışır: "1992-ci ildə stadiona bomba düşmüşdü və çuxur yaranmışdı. Həmin çuxuru doldurmaq məcburiyyətində qaldıq. O vaxt biz döyüş olduğunu bilirdik və havada təyyarələr uçurdu. Amma biz ölməkdən qorxmurduq. Ağdam bizim evimiz idi və biz döyüşçülər üçün futbol oynamalı idik, borcumuz idi".

Böhranın artdığına görə, futbol klubu xalqın yaşamaq üçün iradəsinin simvolu oldu.

Məşhur nəşr erməni politoloq Arsen Zaqaryanın fikirlərinə də yer verib: "İnsanlar bilir ki, "Qarabağ" Azərbaycanda oynayır. Bu da onları inandırır ki, Qarabağ torpağı Azərbaycanındır, Ermənistanın deyil. Nəticədə bu da siyasi bir layihədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
963 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...