“Hizbullah” həqiqətən də Azərbaycanı hədəf ala bilərmi? - MTN polkovnikindən xəbərdarlıq

“Hizbullah” həqiqətən də Azərbaycanı hədəf ala bilərmi? -

""Hizbullah” son bir neçə ildə Əsədin yanında olmaq üçün Suriyaya minlərlə döyüşçü göndərib, İraq və Yəməndəki terror təşkilatlarına silah təqdim edib, Azərbaycan, Misir, Tailand, Kipr və Peruya da teraktlar təşkil etmək niyyətilə öz döyüşçülərini yollayıb. Bununla da "Hizbullah” son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpasına imkan verməyib”.

Bunu ABŞ Senatının Milli Təhlükəsizlik Komitəsində çıxışı zamanı Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen söyləyib.

GUNDEMİNFO.AZ yazır ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-abildirib ki, "Hizbullah”ın əsas hədəfi İsraildir:

"Bilirsiniz ki, "Hizbullah” Xomeyninin yaratdığı və İranın da maliyyələşdirdiyi, şiələrə mənsub olan təşkilatdır. Amerika və digər xarici ölkələrin əksəriyyəti onu terror təşkilatı kimi tanısalar da, bəzi ölkələr "Hizbullah”ı bu cür qəbul etmir və onun rəhbəri Nəsrullahı da filosof kimi təqdim edirlər. "Hizbullah”ın əsas mərkəzi Yaxın Şərqdir və əsas işi guya, Fələstini müdafiə etməkdir.

Bir müddət Azərbaycanda da bu təşkilatın təsirinə düşənlər var idi. Hətta zamanında ölkəyə "Hizbullah” sözü yazılan baş çalmaları da gətirmişdilər. Onlar gənclərə idman təlimləri keçir və guya, gələcəkdə Allahın əsgərləri olmalarını planlaşdırırdılar. Amma Azərbaycanda son vaxtlar bu təşkilatın geniş fəaliyyəti müşahidə edilmir. Ola bilsin ki, tək-tək adamlarda köhnədən qalma ideyalar mövcud olsun”.

Ekspertin fikrincə, hər şeyə rəğmən təşkilata qarşı ayıq-sayıq olmaq lazımdır:

"İndiyə kimi o qurumun Azərbaycanda terror istiqamətində birbaşa təşkilatlanması kimi bir şey olmayıb. Əgər "Hizbullah” hədəf kimi Azərbaycanı götürsə, burada da nələrsə edə bilərlər. Tutaq ki, İŞID Suriyada oturub Amerikada partlayış edir. Bu baxımdan hər şey mümkün ola bilər. Lakin bu gün biz hədəfdə deyilik. Terror mövcud siyasətə qarşı təzyiq vasitəsidir. Bizdə də təzyiqə səbəb olacaq hansısa siyasət mövcud deyil. Buna baxmayaraq, biz sığortalanmamışıq. Təbii ki, ayıq-sayıqlığımız qorumalıyıq.

Nəzərə alsaq ki, ölkə əhalisinin 60 faizindən çoxu şiədir, bu zaman bəzi insanların ideoloji cəhətdən beyinlərinin yuyulma ehtimalı var. O cür hallar varsa da, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə əməliyyat şəraitinə kifayət qədər nəzarət edə bilir. Ona görə də müəyyən mənada terrorların qarşısı qabaqcadan alınır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...