“Vergilər Nazirliyi pulu nə zaman qaytaracağımızı soruşur” - Mehman Əliyev

“Vergilər Nazirliyi pulu nə zaman qaytaracağımızı soruşur” -

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti “Turan” İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

“Turan” İformasiya Agentliyinin direktoru Mehman Əliyev rəhbəri olduğu media qurumunun hazırkı vəziyyəti ilə bağlı Modern.az saytına açıqlama verib:

“Vergilər Nazirliyi hələ də vergi sanksiyasını davam etdirir və 36,5 min manat pulun qaytarılmasını tələb edir. Sonuncu dəfə srağagün zəng edib, pulu nə zaman qaytaracağımızı soruşdular.
Məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişik. Oktyabrın 13-ü məhkəmə prosesi olacaq. Hələ ki proses davam edir və nəticəni gözləyirik”.

Xatırladaq ki, “Azərbaycan” qəzetinə müsahibəsində baş prokuror Zakir Qaralov bildirib ki, “Turan” agentliyinin işi üçün heç bir problem yoxdur. Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib. Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı "başqa yerə getməmək" haqqında qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...