"Fədayənin həbsxanada yanına gedəcəm" - Tacir (VİDEO)
"Gecə səhər 6-ya kimi şərhləri oxumuşam. Mənə nələr yazırlar. Bu qədər ədalətsizlik olmaz.” Gundeminfo.az axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni tacir Şahmalıoğlu "Səni axtarıram” verilişində deyib.
Sənətçi bildirib ki, "Fədayənin həbsini gözləyirdim” sözləri ona aid deyil: "Demişəm ki, öz sənəti ilə məşğul olsaydı bu hadisə ortaya çıxmazdı. Bu faktdır. Ən çox üzülənlərdən biri mənəm. Onunla tonla çörək kəsmişəm. Fədayə yaxşı, kişi kimi qızdır. Ondan pislik görməmişəm. Fədayə ilə aramda heç nə olmayıb. Heç küsülü də deyildik. Sadəcə bizim duet ortaqlığımız bitdi. O da Fədayənin günahı idi. O duet ortaqlığına son verməsəydi, yüzlərlə mahnı oxuyardıq, başı da qarışardı. Onun görüşdüyü şəxs haqqında heç nə eşitməmişəm. Fədayə belə olmamalıydı. Dörd il bir yerdə çalışdıq”.
T.Şahmalıoğlu bildirib ki, Fədayə son günlər sənəti ilə məşğul olmayıb: "Bir yerdə işləyən vaxtlar onun hara gedib-gəldiyini bilirdim. Duet ortaqlığım bitəndən sonra onun haqqında heç bir şeyi bilmədim. Ailəsinə zəng vurmamışam, heç nə deməmişəm. Hər şey gözlənilmədən olub. Fədayə yaxşı qızdır. Ondan pislik görməmişəm. Onun müəllimi mənəm. Görünür ki, Fədayə son vaxtlar sənəti ilə məşğul olmayıb”.
Müğənni "Həbsxanada onu ziyarətə gedəcəksiniz” sualına belə cavab verib: "Niyə getməyim? Yatacağı həbsxananı biləndə yanına gedəcəm. Onun ailəsi ilə düşmən deyiləm. Zəng edib danışacam onlarla. Fədayənin xəbərini eşidəndə şoka düşdüm”.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.
1022 dəfə oxundu