10 dolların üzərində Marqaret Tetçerin şəkli ola bilər

10 dolların üzərində Marqaret Tetçerin şəkli ola bilər


ABŞ-da prezidentliyə namizəd Ceb Buş 10 dollarlıq əsginasın üzərində Marqaret Teteçerin fotosunu həkk etməyi təklif edib. Avropa.info xəbər verir ki, bu ideyanı o, Respublikaçılar partiyasının prezidentliyə digər namizədi ilə debatı zamanı deyib. Buş fikrini belə izah edib ki, Tetçer Amerika prezidenti Ronald Reyqanın ən yaxın tərəfdarlarından biri olub.

Qeyd edək ki, bu yay ABŞ Maliyyə nazirliyi 10 dollarlıq əsginasın üzərində qadın rəsmi həkk edəcəyini bildirmişdi. Gözlənilir ki, bu əsginaslar 2020-ci ildə, ABŞ-da qadınlara səs hüququnun verilməsinin 100 illik münasibətilə qəbul olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...