Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib
Azercell “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib
Ölkənin lider mobil operatoru Azercell koronovirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə töhvə verməkdə davam edir. Şirkət bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” çərçivəsində vətəndaşların sorğularının operativ cavablandırmasına dəstək olub.
Müştərilərinin rahatlığını hər zaman prioritet hesab edən Azercell, qısa müddət ərzində abunəçiləri üçün SMS icazə sistemini aktiv edib. Beləliklə, Azercell abunəçiləri 8103 nömrəsi vasitəsilə bu xidmətdən odənişsiz yararlana bilirlər. Xatırladaq ki, tətbiq edilən sosial izolyasiya tədbirlərilə əlaqədar, vətəndaşlar yaşayış yerlərini tərk etmək üçün 8103 nömrəsinə icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini göndərməlidir.
SMS icazə sisteminin istifadəyə verildiyi ilk günlərin həm vətəndaşlar, həm də Elektron Hökumətin İnkişafı Mərkəzi üçün ən gərgin zaman olduğunu nəzərə alaraq, Azercell-in Telefon Mərkəzi xüsusi iş rejimində çalışıb. Azercell “ASAN xidmət”in müvafiq sisteminə(9108) dəstək göstərərək SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar daxil olan zəngləri və sualları operativ şəkildə cavablandırıb. Həmçinin xidmətdən istifadə zamanı yarana biləcək sualları öncədən cavablandırmaq məqsədilə Azercell şirkəti tərəfindən xüsusi informativ video təlimatlar hazırlanaraq, rəsmi Sosial Media hesablarında paylaşılıb.
Bundan əlavə, Azercell Elektron Hökumətin İnkişafı Mərkəzinə Mi-fi cihazları, limitsiz internet paketləri və limitsiz danışıq üçün xüsusi nömrələr hədiyyə etməklə, qurumu kəsintisiz rabitə xidmətləri ilə təmin edib.
Qeyd edək ki, qlobal pandemiya dövrü ərzində Azercell ölkədə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, eləcə də iqtisadi sabitliyin qorunması və əhalinin sosial rifahının yüksəldilməsi üçün hökümət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirib, müxtəlif sosial təşəbbüslərə imza atıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
607 dəfə oxundu