Azərbaycanda məkəmə prosesləri onlayn keçirilməyə başlanıb

Azərbaycanda məkəmə prosesləri onlayn keçirilməyə başlanıb

Məhkəmə prosesinin videokonfrans şəklində keçirilməsi təşkil olunur.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin keçirdiyi “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib.

O qeyd edib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış yeni proqram vasitəsilə məhkəmə proseslərinin onlayn rejimdə, videokonfrans formatında həyata keçirilməsi, həmçinin iclasın avtomatlaşdırılmış rejimdə audio və video yazılışının aparılmasına başlanılıb:

"İndiki pandemiya şəraitində vətəndaşların təhlükəsizliyinin qorunması və onların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həmin proqram təminatı uğurla tətbiq olunaraq məhkəmə prosesləri videokonfrans şəklində, onlayn qaydada keçirilib və yekun qərarlar çıxarılıb.

Vərəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrin fəaliyyətində müasir İKT-lərin və innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...