Azərbaycanda jurnalist döyüldü

Azərbaycanda jurnalist döyüldü

Jurnalist Zaur Qəmbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi qələmə verən İsfəndiyar Qələndərov tərəfindən döyülüb. Modern.az-ın xəbərinə görə, bu barədə jurnalist özü məlumat yayıb.

O bildirib ki, mayın 4-də Zaur Qəmbərov işlədiyi sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma pardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb.

Bu zaman özünü E.Xudaverdiyevin sürücüsü adlandıran İsfəndiyar Qələndərov otağa daxil olub və jurnalisti nalayiq sözlərlə təhqir edərək, təxribata cəlb etməyə çalışıb. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edib. Onu döyən zaman mobil telefonu adıçəkilən şəxslər tərəfindən sındırılıb.

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Zaur Qəmbərovun DSMF-nin Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...