“Ağsu dolayları”ndakı kafe və restoranların söküntüsünə başlanıldı - VİDEO
Bakı-Şamaxı-Yevlax yolu, eləcə də Bakı-Muğanlı-İsmayıllı yolu üzərində kafe və restoranların sökülməsinə başlanılıb.
Gundeminfo.az xəbər verir ki, söküntü gedən ərazidən İTV reportaj hazırlayıb.
Reportajda bildirilir ki, kafe və restoranların sökülməsinə səbəb onların müasir standartlara cavab verməməsi göstərilir.
Sahibkarlar isə tikdirdikləri obyektlərin sökülməsinə narazı olmasalar da, yeni restoranın necə tikiləcəyini bilmirlər.
“Bu günün tələblərinə uyğun olmadığına görə turizmlə əlaqədar binaya baxış keçiriblər. Onun yararsız olduğunu bildiriblər.
Yenisini istifadəyə verməyə isə şəxsi imkanımız yoxdur”, - deyə sahibkar Rasim Etibarov bildirib.
Ondan fərqli olaraq yeni obyekt tikən sahibkarlar da var.
Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyevin sözlərinə görə, yol kənarında, eləcə də digər ərazilərdə iaşə obyektlərinin sökülməsinə əsas səbəb turizmə dəstək olmaqdır.
Memar onu da vurğulayıb ki, söküntü və tikinti işlərinin maliyyəsini sahibkarlar özləri ödəməli olacaqlar.
686 dəfə oxundu