3-cü binada jurnlaistlərə mənzillər necə paylanacaq?
Jurnalistlər üçün tikilmiş 3-cü bina hazırdır. İndi ən çox müzakirə olunan məsələ bu dəfə mənzillərin kimlərə və hansı əsaslarla veriləcəyidir. Çünki əvvəlki iki binada məskunlaşanların heç də hamısının sahibinin jurnalist olmadığı ortaya çıxdı. Vüqar Səfərlinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən uzaqlaşdırılmasından sonra belə neqativ hallar təsdiqini tapmağa başladı.
Artıq KİVDF rəhbərliyi dəyişib, keçmiş işçi heyəti işdən çıxarılıb. Amma hələ də bəzi suallar açıq qalır, media nümayəndələri ədalətin necə bərqərar olacağını səbirsizliklə gözləyir. Bu səbəbdən də bir neçə gün əvvəl bir qrup jurnalist əvvəlki iki binadakı sakinlərin safçürük edilməsi və ədalətli bölgü istəyi ilə Prezidentə və Birinci vitse-prezidentə, həmçinin Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə rəsmi müraciət ünvanlayıb. Otuz bir jurnalistin imzaladığı müraciətin bir hissəsini diqqətə çatdırırıq:
“Əli Həsənovun mediaya nəzarət etidiyi dövrdə, demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müdədtdə, demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər. Üstəlik, bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu, məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib. Ev alanlar siyahısında elə şəxslərin adları var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik”.
Ölkə rəhbərinin müraciəti diqqətə alacağına ümid edən mətbuat nümayəndələrinin, yeni binanın mənzil bölgüsündə ədalətin bərqərar olması naminə arzu və təklifləri var. Bir neçə jurnalist bununla bağlı təkliflərini AYNA vasitəsilə dilə gətirib.
Fərqanə Allahverdiqızının fikrincə, bu il jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan 3-cü binanın bölgüsündə dəyişiklik ediləcək: “Bunun media əhli üçün əvvəkli şərtlərdən yaxşı və ya pis olmasını söyləmək hələ tezdir. Ancaq illərdir, kirayələrdə ağır şəraitdə yaşayan, karantin dövründə həmin çətin şəraitdə evdən işləməyə məcbur qalan, həqiqətən mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan həmkarlarımı şəxsən tanıyıram. Hətta kirayələrdə oğul böyüdüb, onu əsgərliyə yola salan və yenə elə kirayədə qarşılayan jurnalistlər var. Təbii ki, onları jurnalist təşkilatları, həmin qurumların rəhbərləri də tanıyır və ya az da olsa, bu barədə məlumatları var. Düşünürəm ki, budəfəki bölgüdə həqiqətən də mənzilə ehtiyacı olan və jurnalist kimi 15-20 il fəaliyyət göstərən, qələmi ilə ölkənin inkişafına, problemlərin aradan qaldırılmasına, vətəndaşların və dövlətin təhlükəsizliyinin təmin olunmasına əmək sərf edən insanalara üstünlük verilməlidir. Evlərin bölgüsündə redaktorların, hansısa təşkilat rəhbərlərinin rəylərinə deyil, ayrıca həyat hekayələrinə üstünük verilməlidir və müstəqil müraciətlər əsasında araşdırma apararaq qərar verilməlidir. Bunun üçün dövlət qurumlarının əlində kifayət qədər elektron resurslar mövcuddur. Çünki əvvəlki illərin təcrübəsi göstərdi ki, redaktorlar çox vaxt özlərinin və ya özünə yaxın olan, ancaq evə ehtiyacı olmayan əməkaşlarının namizədliklərini verirlər. Onların bu təqdimatı isə araşdırılmır. Nəticədə illərini mediaya həsr edən insalar bölgüdən kənarda qaldılar. Bu da insanların dövlətə olan güvənini, inamını qırır. Ümid edirəm ki, bu dəfə araşdırma predmetləri dəyişəcək, obyektiv bölgü aparılacaq”.
Vəfa Fərəcova da o fikirdədir ki, vaxtilə jurnalistlər arasında ayrıseçkilik edilib: “Layiqli jurnalistlər, kirayədə qalan çox sayda həmkarımızın əvəzinə kimlərinsə əlaltılarına ev paylandı. Müraciətimizdə də bu məqamı qeyd etmişik, müvafiq komissiya zəhmət çəkib, ev verilmiş şəxslərin bütün fəaliyyətini diqqətimizə çatdırsın, yalnız bu halda haqqı yeyilmiş jurnalistlər olaraq ədalətin olduğuna inanarıq”.
Müstəqil jurnalist Seymur Kazımov isə mövqeyinin dəyişməz qaldığını deyib: “Jurnalistlərə hər hansı formada pulsuz ev, hədiyyə verilməsi ideyasını dəstəkləmirəm, alqışlamıram. KİVDF yaranandan bəri də bu fikirdəyəm. Doğrusu, bu dəfə evlər necə veriləcək, hansı meyarlara uyğun təqdim olunacaq, bilmirəm. Bu barədə optimist deyiləm”.
Müstəqil jurnalist Mübariz Əhmədov da qeyd edib ki, dünyanın heç bir ölkəsində jurnalistlərə pulsuz ev verilmir: “Əksinə, jurnalistlərə azad fəaliyyətləri üçün münbit şərait yaradılır, onların sosial rifahı elə öz hesablarına yaxşılaşır. Yox əgər, dövlət tərəfindən belə jest olunursa, onda bu hədiyyə gələcəkdə jurnalistlərin demokratik fəaliyyətinə, düşüncəsinə xələl gətirməməlidir. Kimlərə ki, ev verilməli deyildi, onlar da araşdırma nəticəsində aşkarlanmalıdır. Əgər ədalətin bərqərar olmasını istəyiriksə, o zaman hüquqi yola baş vurulmalı, məsələ məhkəmə yolu ilə həllini tapmalıdır”.
Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəylinin sözlərinə görə, son vaxtlar media ilə bağlı müsbət dəyişikliklərin, proseslərin şahidi olur: “Ümid edirik ki, bundan sonra daha da ədalətli qərarlar ortaya qoyulacaq. 2018-ci ildə, ikinci bina üzrə haqsızlığa qarşı mən də bir neçə dəfə fikirlərimi bildirmişdim. İndi də ölkə rəhbərinə ünvanlanan müraciətə qoşulmuşam. Ədaləti bərpa etmək vacibdir, ikinci bina ilə bağlı komissiya işini davam etdirməlidir, araşdırma nəticələri ölkə rəhbərinə çatdırılmalıdır. Baş verən nöqsanlara, haqsızlıqlara görə ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunmalıdır, hər kəs öz səhvinin cəzasını almalıdır, buna görə bütünlükdə media cəzalandırılmamalıdır. Qoy, hər şey ortaya qoyulsun, kimlər mənzil imkanından haqsız şəkildə yararlanıbsa, həmin şəxslərin mətbuatda hansı fəaliyyəti, xidməti olduğu da ictimaiyyətə çatdırılsın. Fikrincə, mənzil üçün edilən müraciətdə stajın, iş təcrübəsinin illərə dayanaraq göstərilməsi köhnə formata uyğundur. İndiyədək tanıdığım çox sayda gənc savadlı, məhsuldar jurnalistlər var ki, onların sosial vəziyyəti yaxşı deyil, bir qismi evsizlik üzündən ailə qura bilmir. Ev verilərkən bu meyarlar mütləq nəzərə alınmalıdır”.
Söhbətləşdiyimiz media təmsilçilərinin ümumi fikri ondan ibarətdir ki, ev bölgüsündə fərdi müraciətlər də nəzərə alınmalıdır. Bundan başqa, jurnalistlər hesab edirlər ki, mənzil üçün şərtlər sırasından “son 3 il ərzində eyni KİV-də işləməlidir” tələbi çıxarılmalıdır. “Çünki bir çox iş yerlərində əmək müqaviləsindən xidməti müqaviləyə keçid olanda işdən çıxıb yenidən qəbul edilmiş sayılırsan, bu da həmin 3 il söhbətinə mane olur”, - qələm vurğulayır.
601 dəfə oxundu