İcra başçısını tənqid edən bloger həbs edildi

İcra başçısını tənqid edən bloger həbs edildi

Yardımlı rayonunun problemləri, məmur özbaşnalıqları ilə bağlı videolar çəkib paylaşan, rayon sakini Cəlil Zabitov həbs olunub.

“BakuPost” xəbər verir ki, xuliqanlıqda ittiham olunan blogerə məhkəmənin qərarı ilə 5 ay həbs cəzası verilib. Rayon sakinləri isə C.Zabitovun saxta ittihamlarla, rayon rəhbərliyinin sifarişi ilə tutulduğunu iddia edirlər.
Bildirilir ki, bloger dəflərlə hədələrə, təzyiqlərə məruz qalıb, onun fəaliyyətinin əsas istiqaməti kasıb adamların, haqları olan şəxslərin problemlərini içtimailəşdirmək, məmur özbaşınalıqları barədə məlumat vermək olub.

Cəlil Zabitov son zamanlar ölkə mediasının Yardımlı ilə bağlı xəbərlərdə əsas istinad etdiyi mənbə olub. Çünki onun pandemiya ilə bağlı ayrılan yardımların rayon rəhbərliyi tərəfindən mənimsənildiyini sübut edən videoları böyük səs-küyə səbəb olmuşdu.

Cəlil Zabitovun saxta ittihamlarla həbs edilməsilə bağlı Prezident İlham Əliyevə müraciət olunacaq.

Qeyd edək ki, C.Zabitov rayon məktəblərindən birində dərs deyir, müəllimdir. Himayəsində ağır xəstə olan anası, iki əlil bacı-qardaşı və üç azyaşlı övladı var.

C.Zabitov həbsindən bir neçə gün əvvəl ona qarşı təzyiqlərin olması, fəaliyyətinə görə məhkəməyə verilməsi ilə bağlı Masallıda nəşr olunan “Cənub Xəbərləri” qəzetinə video musahibə verib. Həmin müsahibəni təqdim edirik:


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...