28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq “Azercell Telekom” MMC Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxladı. İmişli, Ağstafa və Şamaxı rayonlarından 1000-dən artıq Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.

Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb. Qeyd edək ki, əlil və aztəminatlı ailələrin siyahısı yerli İcra Hakimiyyəti orqanları tərəfindən təqdim olunub.

Xatırladaq ki, bundan öncə də "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylamışdı.
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

"Azercell Telekom” MMC bundan sonra da ölkəmizin əhalisinin ən həssas təbəqələrini diqqət mərkəzində saxlayaraq onlara sosial qayğı göstərməkdə davam edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...