İTV-yə rəhbərlik edən Balaşa Böyük kişi olmağı arzulayıram- İdris Heydərli yazır

İTV-yə rəhbərlik edən Balaşa Böyük kişi olmağı arzulayıram-


Pivovarla Böyük kişinin Azərbaycanı.

İTV-də Aleksey Pivovarovun Azərbaycana həsr etdiyi sənədli film yayımlandı,
27 may idi.
28 maya bir iki saat qalırdı,
Sonra İstiqlal bəyannaməsi reklam edildi.
Pivovarovun filmi rusca idi, titrlər Azərbaycanca yazırdı,
Bakı küçələrində Moskva stilqayası Azərbaycana tarix oxuyurdu,
Bu "oxuma" fərqli idi.
Bakı, Azərbaycan iki dillə oxunurdu,
Pivovarovun mətni ilə Pivovarovun gəzinti dili və Azərbaycan istehsalı olan sifətlər.
Göstərilən isə dünən və bu gün arasında yaşanılan kadrlar.
Pivovarovla işim yox, adam işini görür,
Bu işi ilə pulunu qazanır,
Öz Dünyasına Azərbaycan oxuması göstərir.Oxumasında kim olduğunu bilir, nə haqda danışacağını müəyyən edib, necə həll edəcəyinə özü qərar verib, film çəkir,
Bu suallar qarşısında "Şəxsiyyət" müəllif kimi məsələsini həll edir.
Bu "Şəxsiyyət" Rus düşüncəsinin siyasi iqtidarlarının gözüdür,
Bizi daima bu gözlə tanıtmaq istəyindədir.
Məsələm bizimki kimi o filmdə görünənlərlə və bu filmi bizi təbliğ edən film kimi yayımlıyanlarladır,
Görünən
Polad Bulbülünoğlu,
Çingiz Abdullayev,
Ramiz Fətəliyev,
Musabəyovun nəvəsi,
Cühüd məhəlləsinin Qusmanı
Müsahibə verirlər.
Bu filmi görüntüləyən isə Dövlətin İctimai adlanan üzvüdür.
Görünənlərlə də işim yox, Pivovarov müəllif kimi öz "oxuması" üçün xammal seçib,
Bu filmi görüntüləyən isə,
Məsuliyyət daşıyır.

Pivovarovun Azərbaycana baxışı Rus meşşanının "Bizim hesabımıza cahillikdən,cəhalətdən xilas oldunuz" iddiasının davamıdır,
Əzib, alçaldıb, böyütməkdir.

"Bir ataya dəmiryolunda iş verən, bu atanın övladlarını oxudan və bu atanın Heydər Əliyev kimi insanını formalaşdıran və Sizi cəhalətdən xilas edən bizik" məntiqi ilə filminin içində gizlənməyib, Kirov kimi Bakı küçələrində gəzən Pivovarov

BİlMƏZ,
Siz ki bilməlisiniz,
Adı Böyük Kişi qoyanlar bilirdilər,
Siz unutmusunuzsa, xatırladım.
Biz Böyük Kişilərin mirasıyıq,
İstər dünən,istərsə bu gün.
Böyük Kişilər Kişi kimi yaşamaq qərarı alan və kişi kimi yaşamaq qərarı verənlər idilər.
Bakıxanov Böyük kişi idi, rusa əsir düşdü, təslim olmadı, rus mundirini geydi, papağını isə dəyişmədi,
Azərbaycan içində var olan mədəniyyət dünən də bu gün də Kişiliyini qoruyub, var edən mədəniyyətdir,
Kişiliyini qoruyan bu dəyər hər zaman üçün Böyük kişilər yetişdırıb və yetişdirəcək də,
Pivovarov "mujikdir, görməmiş bir maldır, bu dəyəri anlamaz,
Bilməz ki, atasının sənətindən aslı olmayaraq bu torpağ Heydər Əliyev kimi Böyük kişilər üçün yurd seçilib, hər zaman üçün olub, olacaqlar.
Anlada bildimmi,məsələmi?
Dövlətin üzü olan, sözü olan İTV-yə rəhbərlik edən Balaşa Böyük kişi olmağı arzulayıram,
Özünü özgənin gözü və eynəyi sanmasın,
Özü Böyükkişi olsun ki, Şəxsiyyətliyini qorusun.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...