“Kitab satıb günə 1000 manatdan çox qazanırdım” - Kəramət

“Kitab satıb günə 1000 manatdan çox qazanırdım” -
“”Məni kim tapa bilər?” deyə kitab yazdım, məni yox, 10 il işlətdiyim feysbuk profilimin parolunu tapdılar”.

Bu sözləri “Qafqazinfo”ya son günlər fərqli kitab satışı ilə marağa səbəb olan yazıçı Kəramət Böyükçöl deyib. İlk günlərdə kitab satışından beş min manatdan yüksək gəlir əldə edən yazıçı profili oğurlandığı üçün çətin vəziyyətə düşdüyünü bildirib:

“Dediyim rəqəmlər şişirtmə deyil. Gün ərzində 1000 manatdan yüksək satış olurdu. Hətta yanımda olan insanlar da buna şahiddir. Kitabımın birini 10 manata qoymuşam. Elə oxucular olur ki, bir kitaba 100-200 manat verir, qalığı qaytaranda götürmür. Oxucularımdan biri 50 kitab almışdı, elə alındı ki, əlimdəki kitab bitdi, nəşriyyat da 2 günə hazır olacağını bildirdi. Həmin satdığım kitabları geri istəyib yenidən pərakəndə satdım.

Gün ərzində ortalama 70-100 kitab satırdım. Maksimum isə 150-yə yaxın olub. Daha sonra profilimi oğurladılar, satışlar azaldı. Oradan elan verirdim, kitabı maraqlı təqdim edirdim, fotolar paylaşırdım. İtəliyə-itəliyə prosesi qabağa aparırdım. İndi satışa böyük təsir edib.

Bu, mənə qarşı kibercinayətkarlıqdır və hamının başına gələ bilər”.

Qeyd edək ki, “Məni kim tapa bilər?” hekayə və hekayələr toplusu yazıçının üçüncü kitabıdır. Bundan əvvəl “Çöl” və “Səkkizinci gün” romanları nəşr olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...