İntihar etmək istəyən kişi bir stəkan arağa görə fikrindən daşındı – VIDEO

İntihar etmək istəyən kişi bir stəkan arağa görə fikrindən daşındı –

Özünə qəsd etmək istəyən kişi bir stəkan arağa görə fikrindən daşınıb. “Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada yaşanıb.

Məlumata görə, kişinin işi səhərdən düz gətirməyib. Fikrini dağıtmaq, “əllərini yaxalamaq” və yemək üçün dostugilə gedib. Bir də gözünü açıb ki, pəncərədədir və aşağı tullanmağa hazırlaşır (sonradan polislərə ifadəsində belə deyib).

Təəccüblənən dostu dərhal polisə zəng edib. Hadisə yerinə gələn hüquq mühafizəçiləri onu fikrindən daşındırmağa çalışıblar.

Sonda asayiş keşikçilərindən biri Moskva sakininə spirtli içki təklif edib. Kişi stəkanı götürmək üçün əlini uzadanda polislər onun qolundan yapışaraq yerə düşürüblər.

Yeri gəlmişkən, stəkanda adi su olub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...