Jurnalistlərin üçüncü binasından nə xəbər var?

Jurnalistlərin üçüncü binasından nə xəbər var?
Mətbuatın 145 illiyinə tam olaraq 1 ay zaman qalır. Bu əhəmiyyətli yubiley tarixinin ölkədə kütləvi tədbirlərlə, təntənəli şəkildə keçiriləcəyi gözlənilirdi. Lakin pandemiya ilə bağlı vəziyyət, ölkədə kütləvi tədbirlərin təxirə salınmasının mətbuatın 145 illiyi ilə bağlı prosesə də təsir göstərəcəyi istisna deyil. Bu tarixlə bağlı gözləntilərdən biri də dövlət başçısının tapşırığı ilə inşa edilmiş jurnalistlərin üçüncü binasının media əhlinə paylanılmasıdır. İyulun 22-nə az zaman qalsa da, hələ ki bununla bağlı bir proses başlamayıb. Bəs görəsən, media kapitanları ölkədə mətbuatın 145 illiyi ilə bağlı hansı tədbirlərin keçiriləcəyi və ehtiyacı olan media nümayəndələrinə mənzillərin paylanacağı ilə bağlı nə düşünürlər?

KİVDF-nin mətbuat xidmətinin rəhbəri İlkin Nadirov jurnalistlərin üçüncü binasında mənzillərin paylanması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etdi ki, bununla bağlı hər hansı bir yenilik yoxdur: “Bir yenilik olarsa, ictimaiyyətə bununla bağlı məlumat veriləcək”. //musavat.com//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...