AzTV-nin binası ciddi nəzarət altındadır - GİRİŞDƏ HAMI YOXLANILIR

AzTV-nin binası ciddi nəzarət altındadır -
"Azərbaycan Dövlət Televiziyasında (AzTV) ümumilikdə 6 nəfər koronavirusa yoluxub".

Bunu Redaktor.az-a açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva bildirib:

“Hazırda televiziya ciddi nəzarət altındadır, hərarəti olanlar dərhal evə göndərilir. Kanalda hər gün dezinfeksiya işləri aparılır. AzTV-yə maskasız daxil olmağa icazə verilmir. Virusa yoluxan əməkdaşlarımızın səhhəti normaldır”, - deyə N.Rəfiyeva bildirib.

Qeyd edək ki, bu gün AzTV-nin "Azərbaycan deyəndə" layihəsinin aparıcısı Ülfət Rəhimovada koronavirus aşkarlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...