Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıb

Azərbaycanda “Facebook”  istifadəçilərinin sayı artıb

2020-ci ilin noyabrında Azərbaycanın sosial şəbəkə bazarında “Pinterest” 26,73 faiz payla birinci yerdə qərarlaşıb. Modern.az xəbər verir ki, ikinci yerdə 23,26 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı oktyabrla müqayisədə 12,91 faiz artıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 20,52 faiz artaraq 24,4 faiz təşkil edib. Dördüncü yerdə 19,23 faiz (12,13 faiz artım) aktiv istifadəçi payı ilə “YouTube” qərarlaşıb. “Twitter”in payı 4 faiz, “VKontakte”nin payı 1,02 faiz təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...