“Artıq siyasi fəaliyyətlə məşğul olmuram, çünki...” – Mirələmov səbəbləri açıqladı

“Artıq siyasi fəaliyyətlə məşğul olmuram, çünki...” –
Qeyri-etik görüntülərə görə bir müddət mətbuatın, medianın gündəmində olan sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun yeni romanı işıq üzü görəcək.

Bu barədə Yenisabah.az-a Mirələmov özü məlumat verib. O, hazırda Behbud Xan Cavanşir haqda roman yazdığını, artıq tədqiqat işlərini bitirdiyini deyib:

“Əsər yazmaqla məşğul oluram, bu yaxınlarda yeni romanım çıxdı. "Bəyaz buludlar üstdə" adlı romanım burada çap olunan kimi Türkiyədə də çap edildi. Miniatür roman idi.

Hazırda yeni əsər üzərində işləyirəm. Behbud Xan Cavanşir haqda yazıram. O, Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri, çox böyük şəxsiyyət olub. Onun həyatını araşdırıram. Demək olar ki, tədqiqat işlərini bitirmişəm. Behbud xan Cavanşiri ermənilər İstanbulda qətlə yetirib. O faciəvi şəkildə dünyasını dəyişmiş böyük azərbaycanlılardan biridir, böyük şəxsiyyət olub”.

Onun sözlərinə görə, bu gün Behbud Xan Cavanşiri çox az adam tanıyır və romanı yazmaqda əsas məqsəd onu gənclərə tanıtmaqdır:

“Bu gün küçəyə çıxıb insanlara sual versəniz ki, Behbud Xan Cavanşir kimdir, sizi inandırım ki, 100 nəfərdən bəlkə də bir nəfər onu tanımaz. Buna çox təəssüf edirəm, amma Behbud Xan böyük şəxsiyyət olub.

Mən böyük şəxsiyyətlərimizi gənclərə tanıtmaq üçün qərara gəldim ki, onun haqqında roman yazım. İnşallah, texniki işlər də bitdikdən sonra təqribən 3-4 aya kitab çap olunacaq. Behbud Xan Cavanşir həm də Pənahəli xanın kökündəndir. Biz yazıçıların əsas vəzifəsi böyük insanları gənclərə, cəmiyyətə tanıtmaq olmalıdır”.

H.Mirələmov artıq siyasi fəaliyyətinə davam etmədiyi, bundan sonra da etməyi düşünmədiyini qeyd edib:

“Artıq siyasi fəaliyyətlə məşğul olmuram, təqaüddəyəm. Bundan sonra da yalnız bədii yaradıcılıqla və nəvələrimin dərsləri ilə məşğul olmağı düşünürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...