“Cənub Nəqliyyat Layihə" MMC .- MƏHKƏMƏYƏ VERİLDİ

“Cənub Nəqliyyat Layihə" MMC .-
“Cənub Nəqliyyat Layihə" MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1 200 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahov təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...