Tərtərdə Xocalıdan olan ailələrlə görüş keçirilib

Xocalı faciəsinin 32-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da dərin hüznlə qeyd olunur.
YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17 Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
Rayon rəhbəri qeyd edib ki, cəmi 44 gün davam edən Vətən müharibsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
“Qisas qiyamətə qalmadı”-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalıların qisası alındı.
Rayon rəhbəri Xocalıdan olan ailələri dinləyərək, onların problem və qayğıları ilə maraqlanıb.
Görüşdə Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yaedımı edilib.
Xocalılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevayaya öz minnətdarlıqlarını bildirib, yenidən Xocalıya dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər.
389 dəfə oxundu