Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Sarov kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili gizir Nuruzadə İlkin Ələsgər oğlunun toy mərasimində iştirak edib.
Elvin Umudov gəncləri təbrik edərək, İlkinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışaraq torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.
İlkin Nuruzadə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”,”Füzulinin azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi İlkin ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
482 dəfə oxundu