“Sevimli Dad”ın sahibi olan “Milk-Pro” MMC 2 yerə bölünür

“Sevimli Dad”ın sahibi olan “Milk-Pro” MMC 2 yerə bölünür
“Milk-Pro” MMC tərkibindən “Azemal” MMC adlı şirkətin ayrılması ilə yenidən təşkil olunur.
Yeniavaz.com xəbər verir ki, yeni yaranan “Azemal” MMC bölünmə balansına uyğun olaraq bəzi hüquq və öhdəliklər üzrə “Milk-Pro” MMC-nin hüquqi varisidir.
Qeyd edək ki, “Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan “Milk-Pro” MMC 04 iyun 1996-cı il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Mustafa Mehman oğludur.
Şirkətin nizamnamə kapitalı 9 min 900 manat, hüquqi ünvanı isə Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, ev 29, 6-cı km-də yerləşir. “Milk-Pro” MMC 1991–ci ildə tibbi-bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib.
“Milk-Pro” MMC "CTC Holdinq" şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Bu qrupa "Xızı Aqro Park" MMC, "Aqro Qida" MMC, "Xınalıq İM" MMC, "CTC Servis" MMC, "CTC İnvest" MMC və "MEAT DAİRY" MMC adlı şirkətlər daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...