Azərbaycanda bankların müflisləşməsi davam edəcək
Vətəndaşın öz halal pulunu belə çıxara bilmədiyi bankın lisenziyasını Mərkəzi Bank niyə geri almır?
Mərkəzi Bankın İdarə Heyətinin qərarlarına əsasən, Azərbaycanda fəaliyyət göstrən kommersiya bankları bir-birinin ardınca bağlanmağa və ya onların biləşdirilməsinə başlanılıb. Mərkəzi Bankın 1 fevraldan əmanətlərin tam sığortlanması barədə qərarının qüvvəyə minməsini nəzərə alsaq, qarşıdakı bir neçə gün ərzində daha bir neçə bankın bağalanacağı ehtimal olunur. Bu halda əmanətçilər və səhmdarların aqibəti necə olur?
Modern.az saytının məsələ ilə bağlı yaranmış suallarını iqtisadçı-alim VüqarBayramov cavablandırıb. O qeyd edib ki, bankların bağlanması zamanı narahatlıq yaradan məqam ən çox əmanətçilərlə bağlıdır:
“Bank bağlanırsa, mövcud qanunvericiliyə əsasən, onun aktivləri və passivləri müqayisə edilən zaman gəlirlər xərcləri qapayırsa, artıq sığorta hadisəsi baş vermir.
Bankın borcu çox olduğu zaman sığorta hadisəsi baş verir. Bundan sonra Əmanətlərin Sığortalanması Agentliyi prosesə müdaxilə edərəkŞ qanunla müəyyənləşdirilmiş məbləğdə sığortalanan əmanətlərin geri qaytarılmasını həyata keçirir.
Nəzərə alsaq ki, sığortalanan əmanətlərdəki limitin ləğv edilməsi fevralın 1-dən qüvvəyə minir. Bu o deməkdir ki, maksimum sığortalanan məbləğ üçün 30 min manat və ya ekvivalenti, eyni zamanda 12 faiz müəyyən olunur. Əmanətlərin Sığortalanması Fondu həmin məbləğin vətəndaşa qaytarılmasını təmin etməlidir. Əgər vətəndaşın əmanəti sığortalanandırsa, mövcud qanunvericiliyə əsasən Fond onu geri qaytarmalıdır. Çünki, həmin bank müflis olanadək və ya lisenziyası geri alınana qədər Fonda daimi olaraq üzvlük haqqı ödəyir. Biz dəfələrlə vətəndaşlara müraciət etmişdik ki, əmanətləri yerləşdirən zaman sığortalanan əmanətlərin məbləğini nəzərə alsınlar”.
Bank bağalanan və ya birləşdirilən zaman səhmdarların münasibətlərinin müəyyən olunmasına gəlincə, ekspert deyib ki, bu səhmdarlar arasında bağlanmış müqavilə əsasında tənzimlənir:
“Əgər bankın aktivləri çox olur və vəsait qalırsa, qalan vəsait səhm payına uyğun bölüşdürülür. Amma bankın borcu çox olarsa, qanunvericiliyə əsasən, nəzərdə tutulmuş qaydada ( əmlakın satılması, aktivlərin hərraca çıxarılması) tənzimlənir.
Bütün hallarda səhmdarların müflisləşmə zamanı onların hüququ və məsuliyyəti, səhmdarlar arasında anlaşma protokolu ilə müəyyən olunur. Adətən əvvəlki bankların müflisləşməsi də göstərdi ki, problem kreditlərin yığılması və əmanətlərin qaytarılması ilə ola bilər.
Səhmdarlar bu məqamda yumşaq desək çalışırlar ki, bir-birilərini başa düşsünlər”.
V.Bayramov bankların bağlanma prosesinin davam edəcəyini vurğulayıb: “Biz hələ ötən müsahibələrdə Modern.az vasitəsilə də ən az 10- qədər bankın bağlanacağını bildirmişdik. Demişdik ki, ən yaxşı halda bankların sayı 35-ə qədər azala bilər. Gedişat göstərir ki, mərhələli olaraq bankların sayının 30-a qədər azalmasını müşahidə edəcəyik, onların müflisləşməsi davam edəcək.
Bəzi bankları var ki, həqiqətən də vəziyyəti çox pisdir. Hansı ki, vətəndaş öz əmək haqqını kart vasitəsilə həmin bankdan çıxara bilmir. Bankın likvidliyi o qədər aşağıdır ki, insanların halal pulunu belə, nağd şəkildə ödənilməsini təmin etmir. Hələlik o bankın lisenziyası geri alınmayıb. Çox maraqlıdır ki, həmin bank 2 il öncə bağlanmalı idi, amma Mərkəzi Bank hələ də gözləyir. Və hələ də bəlli deyil ki, vətəndaş öz halal pulunu belə çıxara bilmədiyi bankın lisenziyasını Mərkəzi Bank niyə geri almır”.
1169 dəfə oxundu