"Azərsu" Binəqədi sakinlərinin narazılığına aydınlıq gətirdi — VİDEO

"Azərsu" Binəqədi sakinlərinin narazılığına aydınlıq gətirdi —
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gördüyü işdən narazıdırlar.

Qəsəbənin Zahid Qəmbərov küçəsi, döngə 1 ünvanında yaşayan sakinlərin hər gün gedib-gəldiyi yol asfaltsız qalıb.

Sakinlər tərəfindən Demokrat.az-a daxil olan müraciətdə bildirilir ki, “Azərsu” ərazidəki partlamış su kanalının təmiri məqsədilə yolu qazıb. Su kəməri bərpa olunsa da bu dəfə yolda görülməli olan işlər tamamlanmamış qalıb.

Sakinlərin sözlərinə görə, bu vəziyyət bir aydır davam edir.

“Azərsu” yolu tam bərpa etməli olsa da sakinlər hələ də nə vaxt yola asfalt örtük çəkiləcəyini gözləyir.

Məsələni aydınlaşdırmaq üçün "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Neyman Səfərəliyev bildirdi ki, qəza aradan qaldırılıb:

“Yol örtüyünün bərpası ilə bağlı yol təsərrüfatı idarəsinə müraciət olunub. Asfalt örtüyünün bərpası yol təsərrüfatı idarəsi tərəfindən həyata keçiriləcək”, - deyə N.Səfərəliyev qeyd edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...