Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə heyvanlar peyvənd edilir

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə heyvanlar peyvənd edilir
Kənd Təsərrüfatı Nazirliyi (KTN) işğaldan azad edilmiş ərazilərdə dabaq xəstəliyindən azad zonanın yaradılması istiqamətində tədbirlər həyata keçirir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov zoonoz xəstəliklərlə mübarizəyə həsr olunan beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyvəndlər Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında aparılır və qismən Laçın, Füzuli və Xocavənd rayonlarını əhatə edir.

“Bütün bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində uğurla davam etdirilir”, - o bildirib.

S.Cəfərov vurğulayıb ki, qida təhlükəsizliyi, eləcə də heyvanların sağlamlığı təmin edilməsi üçün beynəlxalq standartların və təlimatların hazırlanmasında beynəlxalq təşkilatlar, eləcə də aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir:

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) ilə əməkdaşlıq çox yüksək qiymətləndirilir. Xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması ilə yanaşı, onların aradan qaldırılmasında da irəliləyişlər əldə edilib. Belə nümunələrdən biri də WOAH-nin Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən (PPR) azad ölkə statusunu tanımasıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...