“Naxçıvanbank”ın 94 milyon manatlıq səhmi dövriyyədən çıxarıldı

“Naxçıvanbank”ın 94 milyon manatlıq səhmi dövriyyədən çıxarıldı
“Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq 1 milyon (1 000 000) ədəd (ümumi dəyəri 94 milyon manat) səhm dövriyyədən çıxarılır.
Yeniavaz.com xəbər verir ki, “Naxçıvanbank” ASC-nin MMC-yə çevrilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 22-yə düşüb.
Məlumat üçün bildirək ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb.
Daha əvvəl “Naxçıvanbank” səhmlərinin 63,66%-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-i Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-i qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra “Naxçıvanbank”ın səhmdarları dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...