Dəmiryolunda onlayn bilet satışı ləğv edilməyib - 1-2 günə bərpa olunacaq

Dəmiryolunda onlayn bilet satışı ləğv edilməyib -


Bu gün redaksiyamıza daxil olan məlumata əsasən Azərbaycanda dəmiryolu üzrə sərnişindaçınmada onlayn bilet satışı dayandırlıb. GUNDEMİNFO.AZ-a danışan vətəndaşlar bildirib ki, bir neçə gündür ki, dəmiryolu üzrə onlayn bilet sifarış etmək mümkün deyil. "Azərbaycan Dəmir Yolları” QSC-dən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən gecikmə texniki problemlərlə bağlıdır. Onlayn sistemdə nasazlıq yaranıb və 1-2 gün sonra problem aradan qaldırılacaq.

"Sistem yenilənəndən sorna biletlərin qiymətində bahalaşma gözlənilirmi" sualımıza isə QSC-dən bildiriblər ki, hələlik bununıla bağlı olaraq yenilik yoxdur. Qiymətlərdə hər hansı bir bahalaşma baş versə bu barədə ictimayyət öncədən məlumatlandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...