Azərbaycan elektrik enerjisini Rusiyaya 6, Gürcüstana isə 8,7 qəpiyə satır

Azərbaycan elektrik enerjisini Rusiyaya 6, Gürcüstana isə 8,7 qəpiyə satır
Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 941 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.
Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
- Gürcüstan - 8,7 qəpik (437 milyon kVt/saat);
- Türkiyə - 10,8 qəpik (420 milyon kVt/saat);
- Rusiya - 6 qəpik (63,6 milyon kVt/saat);
- İran - 4,8 qəpik (20,6 milyon kVt/saat).
Onu da bildirək ki, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...