Bağlanan banklardan biri yenidən açılacaq

 Bağlanan banklardan biri yenidən açılacaq


Yanvar ayının 26-da Mərkəzi Bank məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “NBC” Bankın lisenziyasını ləğv edib.

GUNDEMİNFO “Qafqazinfo” ya istinadən xəbər verir ki, MB-nin bu qərarı bank rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanmışdı. Belə ki, onlar lisenziyanın ləğv edilməsi üçün göstərilən tələblərin əsassız olduğunu vurğulayır. Qeyd edirlər ki, bankın məcmu kapital tələbi tam yerinə yetirilib.

“Nurgün” Şirkətlər Qrupundan verilən məlumata görə, “NBC Bank” yenidən açılacaq. Belə ki, bank ya birləşərək, ya da müstəqil şəkildə fəaliyyətini bərpa edəcək:

"Bankın bu barədə rəsmi qərarı fevralın 1-də ictimaiyyətə açıqlanacaq. Yəni, bütün hallarda bank bağlanmayacaq, yenidən fəaliyyət göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...