“Azərbaycanda yaşamalarından çox razıdırlar...” Azərbaycana qaçan erməni ailəsi

“Azərbaycanda yaşamalarından çox razıdırlar...”


Ötən il sentyabrın 17-də Azərbaycana keçən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan son aylarda mətbuatın gündəmindən düşüb. Hazırda erməni ailəsinin harada yaşaması, işlə təmin olunub-olunmamaları məlum deyil.

Erməni ailəsinin xahişi ilə onların ölkəmizə gəlməsində böyük rol oynayan hüquq müdafiəçisi Novella Cəfəroğlu onlarla daim maraqlandıqlarını bildirdi: “Üzümüzə gələn həftə həmin erməni ailəsi ilə daha ciddi maraqlanacağıq. Ondan sonra mətbuata bu barədə geniş açıqlama verəcəm. Onlar daim diqqətimizdədir. Əlaqələrimiz var. Həmkarlarım erməni ailəsi ilə tez-tez görüşürlər. Ümumi vəziyyətləri normaldır. Hazırda yaxşı yerdə yaşayırlar. Erməni ailəsinə ölkəmizdə vətəndaşlıq verilib-verilməməsini bu həftə açıqlayacağıq. Onu deyim ki, Azərbaycanda yaşamalarından çox razıdırlar”.

Xatırladaq ki, erməni ailəsi ötən il sentyabrın 17-də düşmən ölkədəki zülmlərdən canlarını qurtararaq, Azərbaycana qaçmışdılar. Ölkəmizdə yüksək səviyyədə qarşılanan Vaan Martirosyan və ailəsinin aqibətinin necə olacağı hələ də məlum deyil. Erməni ailəsi qanunla ya üçüncü ölkəyə təhvil verilməli, ya da Azərbaycan vətəndaşlığı verilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...