Azərbaycanda daha 3 bankın birləşməsi razılaşdırıldı

Azərbaycanda daha 3 bankın birləşməsi razılaşdırıldı



Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib. Məlumata görə, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən "NBC Bank" ASC artıq bu ilin aprel ayında "Parabank" ASC və "Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.


Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb. "Parabank"dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, "Dekabank"dan isə bu məlumatın səhv olduğunu bildiriblər. "NBC Bank"dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...