Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək

Nazirə yeni müavin təyin olunacaq,
Fövqəladə Hallar Nazirliyində (FHN) bir qrup şəxsə general rütbəsi veriləcəyi və bir nəfərin nazir müavini postuna gətiriləcəyi gözlənilir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dəyişikliklərin 16 dekabr Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu il dönümü ərəfəsində baş tutacağı bildirilir.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Həsənov Məhərrəm İmanqulu oğlunun nazir müavini təyin ediləcəyi, FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşova, Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərliyə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Zaur Kərimova general rütbəsi veriləcəyi deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...