37 min əcnəbinin Türkiyəyə girişinə qadağa qoyulub

37 min əcnəbinin Türkiyəyə girişinə qadağa qoyulub


"Bu günə qədər 125 fərqli ölkədən təxminən 37 min insanın Türkiyəyə girişinə qadağa qoyulub". Türkiyənin "Anadolu" agentliyi xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əfqan Ala deyib. Nazirin sözlərinə görə, 93 fərqli ölkənin vətəndaşı olan təxminən 3 000 nəfər deportasiya edilib.

O bildirib ki, Suriyadakı hadisələrlə bağlı Türkiyəyə sayı məlum olmayan miqrant axını davam edir: "Bu günə qədər Suriya böhranı səbəbindən ölkəmizdə qonaq etdiyimiz insanların sayı 2,7 milyonu keçib. Miqrantlar arasında ərəb, türkmən, kürd, xristian və yezidilər var. Ümumilikdə, söhbət digər ölkələrdən gələnlərlə birlikdə 3 milyondan artıq köçkündən gedir. Bu günə qədər mövcud problemlin həlli üçün Türkiyə təxminən 9 milyard dollar xərcləyib. Təəssüf ki, beynəlxalq təşkilatlardan və digər ölkələrdən bu məsələ ilə bağlı lazımi həssaslıq və yardım göstərilməyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...