Bazarda təhlükəli yağlar satılır - Diqqətli olun

Bazarda təhlükəli yağlar satılır -


Azərbaycanda satışda mənbəyi məlum olmayan yağ məhsulları var. Bunu AzVision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, vətəndaşları məhsul alarkən ehtiyatlı olmağa çağırıb: “Yeni Zenlandiyadan 20 ölkəyə məhsul ixrac olunur. Bu ölkənin iqtisadiyyat nazirinin nümayəndəsi mənə məlumat verdi ki, Yeni Zenlandiyada istifadə olunan süd məhsullarının 80-90% xarici ölkələrə ixrac olunur. Ölkədə heyvan südündən AMF deyilən bir yağ da sintez olunur. Həmin yağ 100% suyu çəkilmiş yağdır. Bu yağ hazır şəkildə bir çox ölkələrə ixrac olunur və həmin ölkələrdə ona qatqı qatılaraq yenidən yağ istehsal edilir. AMF məhsulları Azərbaycana da göndərilir və satışa çıxarılır”.

E.Hüseynovun sözlərinə görə, yağ hazırlanarkən süd pasterize olunur, seperatorda qaymaq ayrilir (qaymaqda 40% yagliliq olur), sonra qaymaq soyudulur, xüsusi çənlərdə bir neçə saat saxlanılır ki, kristallaşma olsun: “Sonra qaymaq nehrəyə oturulur və burada yağ alınır, yağ qablaşmaya gedəndə xüsusi vakum aparatından keçir ki, tərkibindəki hava qabarıiqları tam çıxarılsın. Burada AMF-dən istifadə olunur. (Anhydrous tərkibində su olmayan süd- Milk yağı- FAT deməkdir) Bu, qaymaqdan alınır və tərkibində yağlılıq 99.9 % təşkil edir. Burada nehrə üsulundan deyil, daha çox mürəkkəb kimyəvi üsuldan istifadə edilir. Ammix üsulu ilə yağ istehsalında, təzə qaymaq, su, AMF və başqa məhsullardan istifadə olunur. Westland Milk Products zavodunda süddən alınan qaymaq yağ istehsalına gedir. Mövsümun süd yığımının pik həddində zavoda gündə 5 milyon litr süd daşınır. Bu zaman yağ nehrəsi tam gücü ilə çalışır və artıq qalan qaymaq AMF-ə çevrilir”.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda Zellandiya yağı adı ilə mənbəyi bilinməyən yağ məhsulları satışa çıxarılır. Həmin məhsulların harada və hansı şəraitdə hazırlanması məlum deyil.

“Bazarda saxta “Ankor” yağları var idi. Araşdırma zamanı məlum oldu ki, həmin yağlar Yen Zenlandiyadan yox, Gürcüstanda istehsal olunub”.

Mütəxəssislərin sözlərinə görə, keyfiyyətsiz yağlar mədə-bağırsaq xəstəlikləri yaradır və bu məhsullar insan səhhəti üçün olduqca təhlükəlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...