“İlhamə xanım mənə dəfələrlə deyib ki, nəyi varsa, oğlu və nəvəsinindir”

“İlhamə xanım mənə dəfələrlə deyib ki, nəyi varsa, oğlu və nəvəsinindir”


“İlhamə xanımın yeganə hüquqi varisi onun oğludur. Onun var-dövləti də oğluna qalacaq”.

APA-nın xəbərinə görə, bunu mərhum xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova deyib.

İlhamə Quliyevanın var-dövlətini əsgərlərə bağışlaması barədə vəsiyyət etməsi haqda mətbuatda yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, onun bu haqda məlumatı yoxdur: “Mənimlə dəfələrlə söhbətində deyib ki, nəyim varsa, oğlumun və nəvəmindir”.

İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın mətbuata təqdim etdiyi məktub və əlyazmaların böhtan, saxta olduğunu açıqlayan E. Məmmədova “İstintaq başa çatmayıb, məhkəmənin nə zaman olacağı bilinmir. Amma mən məhkəmə işinin sonuna qədər gedəcəyəm, İlhamə xanımın intiqamını alacağam”, - deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...