Hesablama Palatası xərclərini azaldır

Hesablama Palatası xərclərini azaldır


2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24% azaldılır. “APA-Economics”in məlumatına görə, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək. Qeyd edək ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihə martın 4-də Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...